525.Az

Argentinada 28 saat fasiləsiz qar yağıb


 

Argentinada 28 saat fasiləsiz qar yağıb<b style="color:red"></b>

Argentinada 28 saat fasiləsiz yağan qar onlarla avtomobilləri yolda qoyub. Las Lenas xizək zonasına getməmək barədə isə xəbərdarlıq edilib.

525.az xəbər verir ki, cənub yarımkürəsində yerləşən Argentinaya qar yağıb. Qış fəslinin yaşandığı ölkədə qar fırtınası təsirli olub. Ölkənin xizək bölgəsi Las Lenasda 28 saat qar yağıb. Yollar bağlanarkən onlarla avtomobil qarda qalıb.

Los Mollesdən Las Lenasa qədər olan ərazi qardan daha çox təsirlənsə də, xizək zonası olan Las Lenasa getməmək barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, meteorologiyadan verilən açıqlamada güclü qarın davam edəcəyi açıqlanıb.

Məhəmməd Tağıyev

 





13.09.2023    çap et  çap et