525.Az

Metroda yenə nasazlıq


 

Metroda yenə nasazlıq<b style="color:red"></b> Bu gün səhər saatlarında Bakı metrosunda texniki nasazlıq yaranıb.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, nasazlıq saat 08:33 radələrində “Dərnəgül” - “Həzi Aslanov” xətti ilə hərəkət edən 3 saylı marşrutda baş verib: “Qatarın birinci vaqonunun ikinci qapısı bağlanmayıb. Həmin qatarın sərnişinləri vaqonlardan düşürülüb, qatar isə depoya göndərilib”.
 
N. Paşayev bildirib ki, iki dəqiqə gecikmə olsa da, ümumi qrafikdə gecikmə olmayıb.
 





15.08.2014    çap et  çap et