525.Az

Cavad Heyətlə vida mərasimi AMEA-da keçiriləcək


 

Cavad Heyətlə vida mərasimi AMEA-da keçiriləcək<b style="color:red"></b>

Görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah Cavad Heyətlə vida mərasimi bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əsas binasında keçiriləcək.
 

AMEA-nın Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, mərasim Əsas binanın Dairəvi zalında saat 12:00-da olacaq. Bütün KİV nümayəndələri vida mərasimə dəvətlidir.
 
Mərasimdən sonra mərhum Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki,  Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü Cavad Heyət avqustun 12-də dünyasını dəyişib.

O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. C. Heyət pnevmoniya diaqnozu ilə müalicə olunurdu.

 





15.08.2014    çap et  çap et