525.Az

Elxan Poluxov Papa II Tavadros ilə görüşüb


 

Elxan Poluxov Papa II Tavadros ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Misirdəki səfiri Elxan Poluxov Misirin Kopt Pravoslav Kilsəsinin başçısı Papa II Tavadros ilə görüş keçirilib.

525.az-a səfirlikdən verilən məlumata görə, görüş zamanı səfir E.Poluxov iki ölkə arasında əlaqələrin inkişafından söhbət açıb, 2023-cü il ərzində qarşılıqlı yüksək səfərlərin həyata keçirildiyini xatırladaraq, əsasən də cari ilin yanvar ayında MƏR Prezidenti cənab Əbülfəttah Əl Sisinin Azərbaycana səfərindən, parlament rəhbərlərinin qarşılıqlı səfərlərindən və bu səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını vurğulayaraq, siyasi rəhbərliyin iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün əzmkarlıq nümayiş etdirdiklərini bildirib.

Papa II Tavadros Azərbaycan-Misir əlaqələrinin inkişaf etdirilməsindən məmnunluq duyduğunu söyləyək, Azərbaycanda dini vəziyyət, Ermənistanla olan münaqişə haqqında məlumat verilməsini xahiş edib.

E.Poluxov Azərbaycanın tarixi, coğrafiyası, milli kimliyi barədə geniş məlumat verərək, ölkəmizin müxtəlif din və inanclara malik millətlər və xalqlar arasında tolerantlıq diyarı olduğunu söyləyib, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu müxtəliflik və mədəni plüralizm üçün geniş bir mühitə çevrildiyini qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, 30 ildən artıq müddət ərzində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğalda saxladığını, BMT tərəfindən qəbul edilmiş qətnamələrə əməl edilmədiyini, bu müddət ərzində sistemli şəkildə azərbaycanlı kimliyini yer üzündən silmək üçün Azərbaycana aid olan hər şeyi qəsdən dağıtdığını, hətta məscidləri, ziyarətgahlar belə murdarlayaraq, tövlələrə çevirdiklərini qeyd edərək, müvafiq materialları həmsöhbətinə təqdim edib.

E.Poluxov işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinə toxunaraq, dağıdılmış məscid və dini ziyarətgahların təmiri, yenidən inşa edilməsinin həyata keçirilən quruculuq işlərində əsas yer tutduğunu bildirib.

Papa II Tavadros öz növbəsində bütün dünyada əmin-amanlığın, o cümlədən, Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olması üçün dua etdiyini bildirib.

 





14.09.2023    çap et  çap et