525.Az

"Dövlət büdcəsinə vergi daxilolmaları 23 %-dən çox artıb" - Mikayıl Cabbarov


 

"Dövlət büdcəsinə vergi daxilolmaları 23 %-dən çox artıb" <b style="color:red"> - Mikayıl Cabbarov</b>

"Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4 % artaraq 12 milyard 80,4 milyon manat təşkil edib".

525.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 6 milyard 865,6 milyon manat olub", - nazir qeyd edib.

 





14.09.2023    çap et  çap et