525.Az

Yoxa çıxmış təyyarə ilə bağlı məlumat yayılıb


 

Yoxa çıxmış  təyyarə ilə bağlı məlumat yayılıb<b style="color:red"></b> Bu il martın 8-də yoxa çıxmış Malaziya hava yollarına məxsus təyyarə ilə bağlı məlumat yayılıb.

Lent.az-ın Türkiyənin “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, Malaziya hüquq-mühafizə orqanları təyyarədəki sərnişinlərdən 4 nəfərinin iyulun 18-də paytaxt Kuala Lumpurdakı banklardan birinin bankomatından pul çıxarılması faktının müəyyən olunduğunu bildirib.
 
İtkin düşmüş sərnişinlərin bankdan təxminən 111 min Malaziya ringiti çıxardığını bildirən Malaziya polisi faktla bağlı təhqiqat aparıldığını, bankın müşahidə kameralarındakı görüntülərin araşdırıldığını qeyd edib.
 
Kuala Lumpudan Pekin səfər edən təyyarədə 227 nəfər sərnişinlə bərabər 12 nəfər də ekipaj üzvü olub. Uzun müddətdir aparılan axtarışlara baxmayaraq, təyyarə hələ də tapılmayıb.
 





15.08.2014    çap et  çap et