525.Az

58 il əvvəl oğurluq etdi - 78 yaşında yaxalandı


 

58 il əvvəl oğurluq etdi - <b style="color:red">78 yaşında yaxalandı</b>

Hindistanda 1965-ci ildə iki camış və bir dana oğurladığı iddia edilən 78 yaşlı şübhəli saxlanılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, “The Times of India” qəzetinin yazdığına görə, 58 il əvvəl Karnataka ştatının Bidar şəhərinin Mehakar kəndindən iki camış və bir dana oğurlanıb. Hadisəni törədənin Maharaştra ştatının Udagir şəhərindən olan 20 yaşlı Qanapati Vithal Vaqore olduğu müəyyən edilib.

Camışlar və buzovlar qısa müddətdə tapılaraq sahiblərinə qaytarılsa da, şübhəli və ya şübhəliləri yaxalamaq mümkün olmayıb.

58 ildən sonra şübhəli, hazırda 78 yaşında olan Vaqore yerli polisin açılmamış iş layihəsi çərçivəsində saxlanılıb. Şübhəlinin daha əvvəl tutularaq məhkəməyə aparıldığını, lakin həbs qərarına baxmayaraq qaçdığını bildirən polis, Vaqorun illərdir "polislə siçan-pişik oynadığını" bildirib. Polisin bildirdiyinə görə, yaşını nəzərə alaraq, Vagore zaminə buraxıla bilər.

Bildirilib ki, Vaqorun şəriki olduğu iddia edilən, 1965-ci ildə 30 yaşında olan Krişna Çandar 2006-cı ildə vəfat edib.

Qeyd edək ki, sözügedən iş Bidar polisi tərəfindən araşdırılan ən köhnə iş kimi qeydə alınıb.

Malik Atilay

 





14.09.2023    çap et  çap et