Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) yeni açılan kanallarına qeyri-qanuni məlumatlar daxil olarsa, vatsapa girişin bloklana biləcəyini bildirib.
525.az xəbər verir ki, Roskomnadzor tərəfindən edilən yazılı açıqlamada vatsapın bəzi ölkələrdə açdığı kanallar xüsusiyyəti ilə bağlı qiymətləndirmələrə yer verilib.
Rusiya qanunlarının bütün şirkətlər üçün keçərli olduğu deyilən açıqlamada: "Buraya rusiyalı istifadəçiləri hədəfləyən mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək və bunun edilməməsi proqramın bloklanması ilə nəticələnəcək", - deyə qeyd edilib.
Məhəmməd Tağıyev