525.Az

Ukrayna ordusu Donbassda daha 3 qəsəbəni azad edib


 

Ukrayna ordusu Donbassda daha 3 qəsəbəni azad edib<b style="color:red"></b>

Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna ordusu və Milli Qvardiyası daha 3 yaşayış məntəqəsini separatçılardan azad edib.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Antiterror Mərkəzinin sözçüsü Leonid Matyuxin Bulavinskoye, Çernuxino və Aleksandrovka qəsəbələrinin separatçılardan azad olunduğunu açıqlayıb.

O, Luqansk şəhərini tam mühasirəyə almağa çalışan hökumət qüvvələrinə terrorçuların şiddətli müqavimət göstərdiyini deyib: “Şəhər ətrafında baş verən döyüşdə onlar itki verərək geri çəkiliblər”. 

 





15.08.2014    çap et  çap et