525.Az

"Sələm Fərəc" - Akif Rəfiyev yazır


 

"Sələm Fərəc" - <b style="color:red"> Akif Rəfiyev yazır</b>

Tibb Univeristetini bitirib cərrah ixtisasa yiyələnmişdi. Tələbəlik illərində onu "Sələm Fərəc" ləqəbi ilə tanıyırdılar. Çünki o, tələbələrə sələmə pul verməklə məşğul idi. Onun əməlini, xasiyyətini yataqxanada yaşayan bütün tələbələr bilirdilər.

Tibb Univeristetini bitirdikdən sonra təcili-tibbi yardım sahəsində işə düzəldi. Pul almadan heç bir xəstəni müalicə etməzdi. Əhatəsində olan bütün tibb işçiləri yaxşı bilirdilər ki, xəstələrin adamlarından pul qoparmadan o, cərahiyyə otağına ayaq basmır.

Bəzən elə hallar olur ki, həyatda insanın ağlına belə gəlməyən hadisələr başına gəlir.

Fərəc 10-12 il idi işləyirdi. Bu müddət ərzində xeyli varlanmış, hətta minik maşını da almışdı. O qədər xəsis idi ki, evdə arvad- uşağına da pulu çox çətinliklə verərdi. Bir oğlu vardı. Oğlu idmanla məşğul idi. Onun məşqə getmək üçün 40 qəpik xərci çıxırdı. Fərəc oğluna 40 qəpikdən artıq pul verməzdi.

Kollektivdə öz peşəsini vicdanla yerinə yetirən bilikli, peşəkar, xəstələrə can yandıran, onların maddi vəziyyətinə önəm verməyən, kiçik tibb işçilərinə mehribanlıq göstərən həkimlər də az deyildi. Onların əksəriyyəti xüsusi hörmətə malik idi.

Kiçik tibb işçiləri Fərəc həkimin növbəsində həmişə problemlərlə qarşılaşırdılar. Onun yaramaz əməlləri barədə baş həkim də məlumatlı idi. Ona bir neçə dəfə yığıncaqlarda xəbərdarlıq etmişdi. Lakin o, öz xislətindən əl çəkmirdi ki çəkmirdi.

Tibb bacıları məntəqəyə xəstə daxil olduqda Fərəcə "xəstəyə kömək göstərmək lazımdır" deyərdilər. O isə cavabında "xəstənin adamı burdadırmı, adamı kimdir, pulu varmı?" -  deyə soruşardı. Onu xəstənin vəziyyətdə yox, pulu olub-olmaması maraqlandırırdı. Dəfələrlə elə hallar olmuşdu ki, onun məsuliyyətsizliyinə görə cərahiyyə otağına daxil olana kimi xəstə elə əməliyyat stolundaca keçinmişdi.

Növbəti iş günlərinin biri idi. Fərəc otağında televizora baxarkən xəbərlərdə məlumat verildi ki, avtobus gözləyən gənc oğlanı naməlum maşın vurub hadisə yerindən qaçıb. Fərəc dərhal fikirləşdi ki, yəqin xəstəni bizim xəstəxanaya gətirəcəklər. Elə bu zaman tibb bacısı qaranəfəs otağa daxil oldu və xəstəxanaya ağır vəziyyətdə xəstənin gətirildiyini dedi. Fərəc xəstənin adamının kim olması ilə maraqlandı. Tibb bacısı bildirdi ki, kimsəsizdir, sahibi yoxdur. Onu tamamilə kənar şəxslər hadisə yerindən götürüb xəstəxanaya gətiblər. Gəncin başına belə bir hadisə gəlməyindən valideynləri belə məlumatsızdır. Tibb bacısı həkimdən əl çəkmədi və onu məcbur edib güclə cərrahiyyə otağına apardı. Xəstə halsız vəziyyətdə idi. Xəstənin paltarlarını soyundurub əməliyyat üçün hazırlayarkən cibindən cəmi 40 qəpik pul çıxmışdı.

Fərəc həkim əməliyyat stoluna könülsüz vəziyyətdə yaxınlaşdı. O, burada əməliyyata hazırlanmış xəstənin öz oğlu olduğunu gördü və kənarda qoyulmuş 40 qəpiyə gözü sataşdı. Həmin an Fərəcin ağlı başından çıxdı. Elə bil başına qaynar su tökdülər. O, cərrahiyə stolunun yanında huşsuz vəziyyətdə yerə sərildi...

 

Cırıq beşlik

 

Qarakişi bir neçə il idi ailə qurmuşdu, kasıb yaşayırdı. Arvadı Nazpəri həyətdə daim işləyir, mal-qaraya qulluq edirdi. Qarakişi orda-burda xırda-para işlər görürdü. Ailəsinin gündəlik xərcini ödəyə biləcək qədər pul qazana bilmirdi. Arvadı həmişə ona irad tutub, ailəni dolandıra bimədiyini başına qaxınc edirdi. Uşaqlar böyüdükcə uşaqları saxlamaq xərci də artırdı.

Qarakişinin bir baş inəyi var idi. Ailəni demək olar ki, o inək dolandırırdı. İnəyinin süd-qatığını satıb birtəhər ailəsini saxlayırdı. Qarakişi bir gün gördü ki, cibində 1 ədəd cırıq 5-liyi qalıb. Onu xərcləmək üçün hansı dükana getdisə, pulu cırıq olduğuna görə götürmədilər. Dəfələrlə nəsə almaq istəsə də, ona yaxın duran olmadı. Çarəsiz qalıb arvadı ilə məsləhətləşdi, qərara gəldi ki, bundan sonra 5-liyi heç cür istifadə edə bilməyəcək. Cırıq beşlik onu tamam əldən salmışdı.

Bilmirdi nə etsin. Nazpəri təklif etdi ki, bir halda ki, cırıq beşliyi götürən yoxdur, evdə uşaqlar acdır, yalnız bir yol qalır. Həyətdə olan yeganə inəyi bazara çıxarıb satsın.

Qarakişi bazar günü inəyi qabağına qatıb bazara apardı. O, inəyi apararkən lotular onu yolda görmüşdülər. Qarakişi inəyi satıb ev üçün xırda-para bazarlıq elədi. Çalışırdı ki, qaranlıq düşməmiş evinə çatsın.

Lotular Qarakişinin qabağını kəsdilər. "İnəyi satdınmı" deyə soruşdular. Qarakişi bildirdi ki satmışam.

Lotular pul tələb etdilər. Qarakişi nə qədər yalvardı ki, pulu ev üçün  xərcləyib heç nə qalmayıb, lotular inanmadılar, onun ciblərini yoxladılar. Pulların hamısını əlindən alıb buraxdılar. O cırıq beşliyi də pulların arasına qatmışdı. Gecədən xeyli keçmiş Qarakişi evə gəlir, aldığı xırda-para əşyaları arvadına verir. Arvad görür ki, aldığı əşyalara çox pul xərcləməyib. Pulun qalanını Qarakişdən tələb edir.

Qarakişi Nazpəriyə deyir:

- Arvad lotular məni soydular, pulları aldılar. Mən də fürsətdən istifadə edib pulların arasında cırıq beşliyi də verdim getdi, canım qurtardı.

 





15.09.2023    çap et  çap et