525.Az

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq


 

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq<b style="color:red"></b> Oktyabrın 8-9-da Helsinskidə (Finlandiya) Regional Rabitə Birliyinin İnfokommunikasiyalar üzrə Komissiyasının birgə iclasları keçiriləcək.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanı tədbirdə Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin  və “Aztelekom” İstehsalat Birliyinin mütəxəssisləri təmsil edəcəklər.
 
Tədbir çərçivəsində “RIPE NCC” şirkətinin RRB-nin İnfokommunikasiyalar və Rabitə Operatorları Şurasına daxil olması, MDB ölkələrində informasiya cəmiyyətinin inkişafı sahəsində əməkdaşlıq strategiyasının həyata keçirilməsi üzrə 2015-ci ilədək olan dövrü əhatə edən tədbirlər planı müzakirə ediləcək.
 
Bununla yanaşı, iştirakçılar MDB ölkələrində internet şəbəkəsi əsasında transsərhəd məkanın formalaşdırılması, qarşılıqlı fəaliyyət göstərən rabitə şəbəkələrin informasiya təhlükəsizliyi üzrə İşçi Qrupunun təklifləri, saxtakarlıqla mübarizə sahəsində operatorların birgə fəaliyyəti haqda memorandumun hazırlanması, RRB-yə üzv ölkələrin “İPv6” protokoluna keçid ilə bağlı təklifləri, “İP” protokol üzərində işləyən beynəlxalq servislərin fəaliyyətinin tənzimlənməsi imkanları və bir sıra digər məsələlər müzakirə ediləcək.
 





15.08.2014    çap et  çap et