525.Az

Hazardın "Google"dən ilginc istəyi


 

Hazardın "Google"dən ilginc istəyi<b style="color:red"></b>

Belçika millisinin futbolçusu Eden Hazard "Google" axtarış sistemindən ilginc istəyi ilə diqqət çəkib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Google" rəhbərliyinə müraciət edərək DÇ-2014-də Argentinaya qarşı oynadığı matç barədə bütün xəbərlərin axtarış sistemindən silinməsinin mümkün olub-olmadığını soruşub.

E.Hazard sözügedən qarşılaşmada pis çıxış etdiyi üçün Argentina ilə oyun haqda yazılan bütün rəy, məqalə və xəbərlərin silinməsini istəyib.

"Google"nin oyunçunun bu istəyinə hansı cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Belçika millisi DÇ-2014-ün 1/4 finalında Argentinaya 0:1 hesabı ilə uduzub.

 





15.08.2014    çap et  çap et