525.Az

Möhtəşəm tarixi abidə, təkrarsız memarlıq incisi, misilsiz mədəni irs nümunəsi


 

Möhtəşəm tarixi abidə, təkrarsız memarlıq incisi, misilsiz mədəni irs nümunəsi <b style="color:red"></b>

Qız qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm əzəmətli memarlıq abidələrindən biri sayılır. Uzaq keçmişdə inşa edilməsinə baxmayaraq, onun heyrətamiz zahiri forması, tərtibatı proporsiyalarının uyarlığı əsas gözəllik estetik meyarlara tam uyğundur. Bunu dəyərləndirmək dərk etmək üçün peşəkar tarixçi ya memar olmaq gərək deyil. Qız qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir-birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin  divarının cənub-şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci ikinci mərtəbələr arasında pilləkən əvvəl mövcud deyildi.

Qız qalasının maraqlı cəhətlərindən biri onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Diametri 0,7 metr olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılıb. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olub ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunub, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilib. Onun ağız hissəsi qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 metr davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimal cənub divarında enib-qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri var. Quyunun 12 metr dərinliyində divar genişlənir.

Yuxarı mərtəbədən bütün qala boyu aşağıyadək davam edən ikinci ensiz boşluqda saxsı borular yuxarıdan aşağıya bir-birinin içinə geydirilməklə yerləşdirilib. Həmin borudan hansı məqsədlərlə istifadə olunduğu hələ müəmmalıdır. Qalanın müəyyən xüsusiyyətləri, məsələn, giriş hissəsinin mürəkkəbliyi tikilinin müdafiə xarakteri ilə izah olunsa da onun forması pəncərələrinin  yerləşməsi tədqiqatçıların abidənin təyinatı ilə bağlı digər fərziyyələrini dəstəkləyir.

Qız qalası Bakının rəmzidir. Şəhərin tarixi mərkəzində ucalan Qala, Bakının kiçik bir yaşayış məskənlərindən nəhəng müasir meqapolisədək yüksəlişin şahididir. Qız qalası Bakının  ən qədim tikililərindən biridir. Arxeoloji qazıntılar zamanı əldə olunan materiallar bu ərazidə artıq antik dövrdə yaşayış məskəninin mövcudluğunu göstərir. Numizmatik tapıntılar ( Əhəminələr dövlətinin şahı I Kserksin dövründə  zərb olunmuş hal-hazırda İçərişəhərin  numizmatik ekpozisiyasında sərgilənən mis sikkə ) isə artıq e.ə. V əsrdən bəri Bakının beynəlxalq iqtisadi əlaqələrdə fəal iştirak etdiyini bildirən ən tutarlı mənbələr arasındadır.

Əsrlər boyu Bakı şəhərinin hüdudları onun iki (  bəzi mənbələrə görə hətta üç ) sıra qala divarları ilə müəyyən edilirdi. Bu divarlar XII əsrdə Şirvanşahlar tərəfindən ucaldılıb. Zadəganların, tacirlərin, sənətkarların digər zümrə nümayəndələrinin  yaşadıqları  bu canlı məkan düşmən hücumlarından məhz bu divarlar vasitəsilə  qorunurdu. Keçmiş yüzilliklərə aid tikililərin bir hissəsi günümüzədək gəlib çıxmasa da, İçərişəhər özünün  qədim məhəllə küçə şəbəkəsini, habelə ab-havasını qoruyub saxlayıb.

XIX əsrdə Bakı sürətlə böyüyərək özünün  qədim hüdudlarını aşıb. XIX əsrin 80-ci illərində qala divarları qismən dağıdılıb. Həmin dönəm Bakının misilsiz iqtisadi inkişafı çiçəklənməsi ilə səciyyələnir. Qədim şəhərin ətrafında yeni əzəmətli möhtəşəm binalar ucaldılıb. Hal-hazırda şəhər yenidən inkişaf sürətli dəyişikliklər mərhələsini yaşamaqdadır. Bu gün tarixi olayların müxtəlif hadisələrin şahidi olmuş Qız qalası İçərişəhərin digər tarixi abidələri ilə birgə daim inkişaf edən Bakının özəlliyinin həssaslıqla qoruyub saxlanıldığının bir rəmzi göstəricisidir.

Abidədə müxtəlif dövrlərdə müxtəlif səviyyələrdə bərpa işləri aparılıb. İlk bərpa işlərinin Şirvanşahlar dövləti zamanında aparıldığı güman olunur. Daha sonra Bakı xanlığı dövründə qalanın möhkəmləndirilməsi məqsədiylə bərpa işlərinin aparılması müəyyən edilib. Abidədə geniş bərpa tədqiqat işləri Azərbaycan SSR qurulduqdan sonra aparılıb. 1963-1965-ci illərdə qala ətraflı tədqiq edilib, professor Əhmədov tərəfindən birinci mərtəbədə qalanın ətrafında arxeoloji qazıntılar aparılmış, qala divarının içində yerləşən su quyusu aşkara çıxarılıb. 2000- ci ildə İçərişəhər Bakı qalası Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004-2009-cu illərdə abidə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına daxil edilib.

Qız qalası adının mənşəyi çoxsaylı əfsanələrlə bağlıdır. Azərbaycandan savayı qonşu İran, Türkiyə, İraq digər ölkələrdə tərkibində "qız" sözü olan çoxsaylı qala, qüllə yer adları mövcuddur. Bu sözün izahı ilə bağlı bir neçə mülahizə vardır. Ən geniş yayılmış mülahizələrdən birinə əsasən,  heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılıb. Hərçənd tarixdə bu faktın doğruluğu sübut edilməyib.

Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı ) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək, özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq olub. Digər versiyaya görə isə qala əvvəllər "Göz qalası" adlandırılıb, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək "Qız qalası" şəklini alıb.

 Eləcə Bakıdakı Qız qalası barədə məlumatı olan hər kəs onun haqqında ən azı bir əhvalat eşidib. Bunlardan ən məşhuru  şahın aşiq olduğu evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza həsr edilməsi barədə əfsanədir. Bundan başqa, çağdaş yazıçı, şair, rəssam digər sənət adamları bu rəvayətdən ilhamlanaraq yeni-yeni versiyalar yaradıblar. Qız qalasının Azərbaycan xalqı, milli mədəniyyətimiz üçün daşıdığı  böyük önəmi 1924- ildə haqqında çəkilmiş ilk kinofilmlərindən biri, həmçinin 1940- ildə səhnələşdirilmiş ilk balet təsdiqləyir.

Bəzi fərziyyələrə görə Qız qalası qədim zamanlarda rəsədxana olub. Bu mülahizənin tərəfdarları Qalanın 2500-3000 il əvvəl daha qədim tikilinin qalıqları üzərində ucaldıldığını iddia edirlər. Bu mülahizələrə əsasən, qədim astronomların müşahidələr üçün istifadə etdikləri əsas vasitə tikilinin özü olub.

Bəzilərinin fikrincə, Qız qalası əsas etibarilə günəşin illik dövrünü izləmək bu prosesin önəmli məqamlarını öyrənmək məqsədi ilə ucadılıb. Belə məqamlardan gündüzlə gecənin bərabərləşdiyi qış yay gündönümləri, payız yaz gecə-gündüz  bərabərliyi ola bilərdi. Bu baxımdan Qalanın pəncərə kontrforsu kimi, bəzi struktur xüsusiyyətlərinin önəmli tarixlərdə doğan günəşə tərəf yönəlməsi, ola bilsin, heç təsadüfi deyil.

Bununla yanaşı Qız qalasının gecə səmasının müşahidəsi üçün istifadəsi ehtimal olunur. Qala pəncərələrindən Böyük  köpək bürcündə yer alan Sirius, Lira bürcündəki Veqa Əqrəb bürcündə olan Antares kimi ən parlaq ulduzları bilavasitə müşahidə etmək mümkündür.

Qədim zamanlarda elmlə din arasında kəskin  fərq olmadığından rəsədxana fərziyyəsi Qaladan ayinlərin icrası ilə, eyni zamanda müdafiə üçün istifadə edilməsi fikirləri arasında ziddiyyət yaratmır. Bütün bunlar Qız qalasının tarixinin yetərincə mürəkkəb, təyinatının isə hələ naməlum olduğunu sübut edir.

(Ardı var)

Vəfa MƏMMƏDLİ

 





15.08.2014    çap et  çap et