525.Az

Bu beşgünlük dünyada - Qulu Ağsəsdən poetik nümunələr


 

Bu beşgünlük dünyada - <b style="color:red"> Qulu Ağsəsdən poetik nümunələr</b>

Bu beşgünlük dünyada

ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,

arzu dediyin

can evində ən şuluq kirəkeşdi;

Bütün yanıq ciyərlərin

qərarı qətidi:

ən gözəl xətt -

su xəttidi;

Bəlkə də xırda detaldı:

viran evləri işğaldan

uçuq daxmalar qurtardı;

Qadınla qələbə hardasa əkizdi:

yoxsa heç biri belə şəstlə

sinəsin qabağa verməzdi;

...İlk sevgi şeirim

mənə dostluq yollayıb instaqramda

(şəklin də çəkmişəm, telefonda durur),

görün nə yazır:

"ikini ikiyə vurarlar,

amma bir bir(in)ə

                özü vurulur..."

 





18.09.2023    çap et  çap et