525.Az

İsmayıllıda ağır qəza: 7 yaralı


 

İsmayıllıda ağır qəza: <b style="color:red">7 yaralı</b> İsmayıllıda yol nəqliyyat hadisəsi baş verib.
 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zərgəran kəndi yaxınlığında Bakı şəhər sakini Ceyhun Babayevin və Qurbanəfəndi kənd sakini Seyfəddin Qəribovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Qəzada  sürücülərlə yanaşı İsmayıllı rayon sakinləri Hüseyn Qəribov, Xəyalə Qəribova, onun azyaşlı uşaqları Orxan, Emil Qəribovlar, habelə Sumqayıt şəhər sakini Nicat Mikayılov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırılma başlanıb.
 





15.08.2014    çap et  çap et