"Azərbaycan müharibədə itkin düşən şəxslərin ağrı-acısını yaşayan dövlətdir”.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Serbiyanın keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Vuk Jeremiç “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə əlaqədar bəzi nailiyyətlərə baxmayaraq, məsələ hələ də həllini tapmamış qalır: "Təəssüf ki, hazırda müharibə nəticəsində Ukraynada itkin düşənlərin sayı 24 minə çatıb və bu, sadəcə dəhşətdir”.
V.Jeremiç bildirib ki, bu işdə birgə addımların atılması mümkün nəticənin əldə edilməsi üçün vacib şərtdir: “Ona görə də insanlıq əleyhinə işlənən cinayətlərə qarşı əməkdaşlığımızı bundan sonra da davam etdirməliyik”.