525.Az
Tovuzda 17 yaşlı oğlanı ilan sancıb
Tovuzda ilan sancması hadisəsi baş verib.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Aran Yanıqlı kəndində qeydə alınıb.
Kənd sakini 17 yaşlı Sahil Abbasov yonca sulayarkən ilan onu sol ayağından sancıb.
S. Abbasov dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.
15.08.2014
çap et