Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə təxminən 50 min ev tamamilə və ya qismən dağılıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Mərakeş Kral Məhkəməsindən verilən yazılı açıqlamaya görə, zəlzələ qurbanlarının sığınacaq ehtiyaclarının qarşılanması, lazımi yardımların çatdırılması və fövqəladə hal proqramının aktivləşdirilməsi üçün Kral VI Məhəmmədin sədrliyi ilə xüsusi iclas keçirilib.
Açıqlamada zəlzələdən zərər çəkmiş 5 bölgədə təxminən 50 min evin tamamilə və ya qismən dağıldığı, dövlətin zəlzələdən zərər çəkmiş ailələrə 30 min dirhəm (təxminən 3 min dollar) dəyərində təcili yardım edəcəyi bildirilib.
Qeyd edək ki, tamamilə sökülən evlər üçün 140 min dirhəm (təxminən 14 min dollar), qismən sökülən evlər üçün isə 80 min dirhəm (təxminən 8 min dollar) birbaşa maliyyə yardımı veriləcək.
Malik Atilay