Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı iki ABŞ diplomatının "diplomatik statuslarına uyğun olmayan hərəkətlər" səbəbi ilə "persona non-qrata" elan edildiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada ABŞ-nin Moskvadakı səfiri Lin Treysinin nazirliyə çağırıldığı bildirilib.
Bəyanatda səfirə ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernşteynin hərəkətlərinin onların diplomatik statuslarına uyğun gəlmədiyi bildirib.
Açıqlamada "ABŞ səfirinə Sillin və Bernşteynin 7 gün ərzində "persona non qrata" olaraq Rusiya ərazisini tərk etmələri lazım olduğu qeyd edilib.
Malik Atilay