“Əl-Qaidə” Fransa və İsveç departamentlərini hücumla hədələyib.
525.az xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Ərəbistan yarımadasındakı Əl-Qaidə Parisdəki nazirliyə hücum etməklə və İsveç səfirliyini məhv etməklə hədələyib.
Qeyd edək ki, iki ölkəyə qarşı təhdidlər son vaxtlar İsveçdə baş verən Quran yandırma hadisələri ilə bağlıdır.
Havar Şəfiyeva