Çinin müdafiə naziri Li Şanfu korrupsiyada şübhəli bilinərək istintaqa cəlb olunub.
525.az xəbər verir ki, bu barədə "Washington Post" yazır.
Nəşrin Çin müdafiə sənayesi ilə əlaqəli mənbələri bildirib ki, istintaq Li Şanfunun Çin Xalq Respublikası Müdafiə Nazirliyinin hərbi təchizat şöbəsinin rəisi vəzifəsində çalışdığı dövrdəki fəaliyyətinə aiddir.
Qeyd edək ki, bundan əvvəl “The Financial Times” qəzeti Amerika kəşfiyyatının məlumatlarına istinadla Li Şanfunun vəzifəsindən uzaqlaşdırıldığını və istintaqa cəlb olunduğunu bildirib.
Havar Şəfiyeva