Latviya, Litva və Estoniyadan sonra Finlandiya da bu gecə yarısından etibarən Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edib.
525.az xəbər verir ki, Finlandiya hökuməti Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib. Finlandiyanın xarici işlər naziri Elina Valtonen məsələ ilə bağlı dost ölkələrlə koordinasiya apardıqlarını bildirərək: "Qadağanın həyata keçirilməsi o deməkdir ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişi qadağan olunacaq", - deyib.
Qeyd edək ki, Estoniyanın Helsinkidəki səfiri Sven Sakkov "X" hesabında, Rusiyada yaşayan Avropa İttifaqı vətəndaşlarının bu qadağadan azad olacaqlarını yazıb.
Məhəmməd Tağıyev