Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya üzrə xüsusi nümayəndəsi Abdoulaye Batili böyük sel fəlakəti yaşayan Liviyanın təkbaşına belə bir böhranın öhdəsindən gələ bilməyəcəyini deyib.
525.az xəbər verir ki, Abdoulaye Batili sosial media hesabından verdiyi açıqlamada Liviya xalqının bu dağıdıcı fəlakət qarşısında əzm, birlik və ağrıları paylaşmağın ən böyük nümunəsini göstərdiyini söyləyib.
Liviyanın bütün rəsmi və qurumlarını eyni şəkildə işlərini davam etdirməyə çağıran Batili: "Zərər və itkilərin miqyası bizim təsəvvür etdiyimizdən də artıqdır. Liviya belə bir böhranla təkbaşına mübarizə apara bilməz", - deyib.
Qeyd edək ki, BMT-nin dəstəyini tərifləyən Batily Liviyaya yardım göndərən ölkələrə də təşəkkür edib.
Məhəmməd Tağıyev