ABŞ-nin Detroit şəhəri və ətrafında avtomobil istehsal edən 3 fərqli fabrikdə çalışan təxminən 13 min işçi əmək haqqı mübahisəsi səbəbiylə ittifaq tarixində ilk dəfə birlikdə tətilə çıxıb.
525.az xəbər verir ki, ABŞ-də "Birləşmiş Avtomobil İşçiləri" həmkarlar ittifaqının üzvü olan və "General Motors", "Ford" və "Stellantis" şirkətlərinin fabriklərində çalışan 13 minə yaxın işçi ittifaqın 88 illik tarixində ilk dəfə birlikdə tətil etmək qərarına gəlib.
Sözügedən işçilər dünən gecə yarısı başa çatan müqavilələrinin yenilənməsi üçün maaş artımı ilə bağlı fabrik rəhbərləri ilə görüşdükdən sonra bu qərara gəliblər.
Qeyd edək ki, tətilin uzun müddət davam etməsi halında, tədarük çatışmazlığı və qiymət artımı ilə bağlı narahatlıqlar var.
Məhəmməd Tağıyev