Fransanın ədliyyə naziri Erik Dupond-Moretti 6-17 noyabr tarixləri arasında Respublika Ədliyyə Məhkəməsində (CJR) qanunsuz mənfəət iddiası ilə mühakimə olunacaq.
525.az xəbər verir ki, Morettinin məhkəməsi 6-17 noyabr tarixlərində nazirləri vəzifəsi zamanı törətdikləri cinayətlərə görə mühakimə etmək səlahiyyətinə malik məhkəmə orqanı olan CJR-də keçiriləcək.
Nazirlik vəzifəsindən sui-istifadə etməkdə və qeyri-qanuni mənfəət əldə etməkdə ittiham olunan Moretti vəzifə başında olarkən CJR-də mühakimə olunan ilk ədliyyə naziri olacaq.
Məhəmməd Tağıyev