Koreya Respublikasında yanvar ayından bəri 610 malyariya hadisəsi müəyyən edilib.
525.az xəbər verir ki, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (KDCA) məlumatlarına əsasən, yanvar ayından sentyabrın ilk həftəsinə qədər 610 malyariya hadisəsi qeydə alınıb.
Ötən ilin eyni dövründə ölkədə müşahidə edilən 301 malyariya hadisəsinin təxminən iki dəfə artdığı qeyd edilsə də, 2016-cı ildəki 673 hadisədən sonra ilk dəfə 600-dən çox malyariya hadisəsinin görüldüyü bildirilib.
Qeyd edək ki, hadisələrin artması davam edərsə, ilin sonuna qədər bu rəqəmin 700-ə yüksələ biləcəyi düşünülür.
Məhəmməd Tağıyev