525.Az

Mətbuat Şurasından “Qafqazinfo”ya təbrik


 

Mətbuat Şurasından “Qafqazinfo”ya  təbrik <b style="color:red"></b>

“Qafqazinfo” xəbər saytının yaranmasından 4 il ötür. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu münasibətlə “Qafqazinfo”ya təbrik məktubu göndərib.

İnternet Azərbaycan cəmiyyəti üçün yenilikdir. Təbii ki, internet medianın özü də yenilikdir. Təşəkkül tapmağa başladığı ilk illərdə cəmiyyətin ona münasibəti birmənalı deyildi. Ancaq hazırda internet mediaya baxışlar dəyişib. Bu dəyişikliyin baş verməsində, xəbər saytlarının ciddi informasiya orqanı kimi qəbul olunmasında bir sıra portalların önəmli rolu var. Onlar sanki bir cığır açıblar. Bu cığırın yaradılması ənənəvi medianın üsul və vasitələrini dəyişməsindən irəli gələn prosesin bir növ, leqallaşması, özünə vətəndaşlıq hüququ qazanması baxımından vacibdir, eyni zamanda böyük zəhmət tələb edən işdir. Belə zəhmətə qatlaşanlardan biri də dörd yaşını qeyd edən “Qafqazinfo.az” saytı və onun əməksevər kollektividir.

«Qafqazinfo.az» saytı ötən dörd illik zaman kəsiyində cəmiyyətdə kifayət qədər populyarlıq qazanmağı bacarıb. Özünə geniş oxucu auditoriyası toplayıb. Hadisə və proseslərə fərqli yanaşması, maraqlı təqdimatları ilə seçilib. Bütün bunlar saytın uğurunu şərtləndirən cəhətlərdəndir. 

«Qafqazinfo.az»ın kollektivini saytın yaranmasının dörd illiyi münasibətilə təbrik edirəm.  Kollektivin hər bir üzvünə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram” . 

“525”dən: “Qafqazinfo.az”ın yaranma günü ilə bağlı təbriklərə biz də qoşulur, həmkarlarımıza yeni yaradıcılıq uğurları arzulayırıq.

 





15.08.2014    çap et  çap et