|
|
|
|
Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.
525.az “Report”a istinadən xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.
Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.