|
|
|
|
Ötən tədris ilində 1 939 şagirdimiz fərqlənmə attestatlarına layiq görülüb. Daha yüksək dərəcəyə layiq görülən XI sinif məzunlarımızın 18-i qızıl, 6-sı gümüş nişanla təltif edilib. Bu il paytaxtda 56 sinif 100 faiz qəbul nəticəsi göstərib.
Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirilib ki, IV siniflərin tədris dili və riyazi bacarıqlarının ölçülməsi məqsədilə monitorinq həyata keçirilib. Buraxılış imtahanlarında şagirdlərin akademik ehtiyaclarının qabaqcadan müəyyənləşdirilməsi və zəruri dəstək tədbirlərinin görülməsi məqsədilə BŞTİ tərəfindən 3, 6, 7, 8-ci siniflərdə bir dəfə, 9-cu siniflərdə isə dörd dəfə monitorinqlər baş tutub.
Sevinc Qarayeva