|
|
|
|
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət inspeksiyalarının məntiqi davamı olaraq səmərəliliyin artırılması istiqamətində məktəb inkişaf planlarının hazırlanması və icrası ötən tədris ilində əsas dəstək proqramlarından olub.
Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qeyd olunub ki, ötən tədris ilində 151 məktəbdə keyfiyyət monitorinqləri aparılıb, 70 məktəbin inkişaf planı hazırlanıb.
Sevinc Qarayeva