525.Az

Bakıda şadlıq evində güclü partlayış: yaralılar var - Yenilənib


 

Bakıda şadlıq evində güclü partlayış: yaralılar var - <b style="color:red"> Yenilənib</b>

Bu gün Nizami rayonu ərazisindəki "Sultan" şadlıq evində baş vermiş güclü partlayış nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, partlayış nəticəsində yaralanan şəxslər 1962-ci il təvəllüdlü Əhmədov Əlif Əli oğlu və 1993-cü ildə anadan olmuş Comərdov Tural Telman oğludur. Hər iki şəxs 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan Ə.Əhmədovun vəziyyəti kritik qiymətləndirilir.

Qeyd edək ki, partlayış nəticəsində yaralanan şəxslər həmin şadlıq evində təmir işi ilə məşğul olan ustalardır. 

*** 18:09

Bu gün partlayış baş verən Bakının Nizami rayonu ərazisindəki şadlıq evinin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 2 nəfərin xəsarət alması ilə nəticələnən olay B.Çobanzadə küçəsi 23 ünvanındakı "Sultan" şadlıq evində qeydə alınıb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





15.08.2014    çap et  çap et