525.Az

Təlim silah-sursatları məktəblərdən yığışdırılır


 

Təlim silah-sursatları məktəblərdən yığışdırılır<b style="color:red"></b>

Azərbaycanın ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi zamanı təlim üçün nəzərdə tutulan silah-sursatlar yığışdırılır.

Bu barədə APA-ya Quba Rayon Təhsil Şöbəsindən məlumat verilib.
 
Təhsil naziri ötən illərdə Lənkəran, Sumqayıt və Bakı şəhərində baş verən hadisələrlə bağlı orta təhsil müəssisələrindəki təlim silah-sursatlarının polisə təhvil verilməsi barədə göstəriş verib.
 
Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, artıq rayonun Qımıl kənd orta məktəbinin rəhbərliyi təlim üçün nəzərdə tutulmuş 2 ədəd tank əleyhinə minanı, 5 ədəd “RQD-5”, 2 ədəd “F-1” əl qumbarasını, 6 ədəd alışdırıcını və 78 ədəd müxtəlif çaplı patronu  rayon polis şöbəsinə təqdim edib.

 





15.08.2014    çap et  çap et