|
|
|
|
Avami Müsəlman Liqasının (AML) lideri və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhmədin Pakistanda saxlanıldığı bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Geo News" televiziyasında yer alan xəbərə görə, keçmiş baş nazir İmran Xana yaxın simalardan olan Əhməd paytaxt İslamabada bitişik Ravalpindi şəhərindəki evində saxlanılıb.
Əhmədin vəkili Serdar Abdul Razak bildirib ki, AML lideri Əhmədin nə üçün saxlandığı və hara aparıldığı məlum deyil.
Qeyd edək ki, keçmiş nazirin saxlanması ilə bağlı polis hələlik açıqlama verməyib.
Malik Atilay