|
|
|
|
Əlcəzair Mülki Müdafiə Müdirliyi ölkənin şimalında 11 şəhərdə 41 fərqli nöqtədə baş verən meşə yanğınlarının söndürüldüyünü, 18 nöqtədə davam edən yanğınların söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Mülki Müdafiə Müdirliyindən verilən yazılı açıqlamada: "Yanğınların yayılmasını artıran güclü və isti cənub küləkləri səbəbindən çətin hava şəraitində 11 şəhərdə qalan 18 yanğının söndürülməsi davam edir", - deyilib.
Açıqlamada ölkənin şimal və şimal-şərqində 11 şəhərdə baş verən 59 meşə yanğınından 41-nin söndürüldüyü bildirilib.
Mülki Müdafiə Müdirliyinə bağlı qruplar cümə günündən bəri Əlcəzairin bir çox şimal şəhərində baş verən onlarla meşə yanğınını heç bir insan itkisinə səbəb olmadan söndürə bilib.
Digər tərəfdən sosial mediada əks olunan görüntülərdə bəzi meşə yanğınlarının davam etdiyi Bicaya şəhərində yollarda nəqliyyatın hərəkətinin dayandığı, çox sayda avtomobilin yandığı görülüb.
Əlcəzair Jandarma Komandanlığı dünən axşam Bicaya şəhərində meşə yanğını törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, Əlcəzairin şimal bölgələrində iyulun 24-də baş verən meşə yanğınlarında 34 nəfər ölüb, 194 nəfər yaralanıb.
Malik Atilay