ABŞ-nin Pensilvaniya ştatında cəzaçəkmə müəssisəsində baş verən iğtişaşdan sonra qaçan 9 cinayətkar axtarışa verilib.
525.az xəbər verir ki, Pensilvaniya ştatının polisi David Beohm "X" sosial media platformasında verdiyi açıqlamada 14-18 yaş arası kişi cinayətkarlar üçün müalicə proqramı xidmətləri göstərən Abraxas Akademiyasından qaçan 9 gəncin axtarıldığını bildirib.
Açıqlamada iğtişaşdan sonra qaçan 9 cinayətkarın ağ və ya boz köynək geyindiyi vurğulanıb.
Qeyd edək ki, yerli əhalidən fərarilərlə rastlaşdıqda səlahiyyətlilərə məlumat vermələri istənilib, lakin üsyanın təfərrüatları ilə bağlı heç bir məlumat verilməyib.
Məhəmməd Tağıyev