|
|
|
|
İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər maaşların və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə çıxıb.
525.az xəbər verir ki, bəzi həmkarlar ittifaqının çağırışı ilə bütün ölkə üzrə ictimai nəqliyyat sektorunda çalışan işçilər maaş şəraitinin yaxşılaşdırılması və həftəlik iş vaxtının 35 saatla məhdudlaşdırılmasını tələb edərək tətilə başlayıblar.
Tətil səbəbindən paytaxt Romada metro xətlərindəki 5 dayanacağın nəqliyyata bağlandığı, avtobusların əksəriyyətinin fəaliyyət göstərdiyi, lakin bəzi səfərlərin ləngidiyi bildirilib.
Turizm şəhərlərindən biri olan Venesiyada isə avtobus və bərə işçilərinin 70 faizinin tətilə qatıldığı bildirilib.
Qeyd edək ki, ölkənin ikinci böyük şəhəri olan Milanda tətildə iştirak digər şəhərlərlə müqayisədə daha az olub.
Məhəmməd Tağıyev