|
|
|
|
Cənubi Afrika Respublikasının Limpopo əyalətində baş verən yol qəzasında 20 nəfər həyatını itirib.
525.az xəbər verir ki, Limpoponun Musina şəhərində mədən işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub və yanğın baş verib. Qəza nəticəsində 20 nəfər ölüb, çox sayda insan isə yaralanıb.
Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Departamentindən verilən açıqlamada polisin qəza ilə bağlı araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə məlumat verəcəyi deyilib.
Qeyd edək ki, mədən işçilərinin işlədiyi "Murray and Roberts" şirkətindən verilən açıqlamada ölən işçilərin yaxınlarına maddi dəstək veriləcəyi bildirilib.
Məhəmməd Tağıyev