|
|
|
|
ABŞ-nin Cənubi Karolina ştatında bir gün əvvəl yoxa çıxan "F-35" qırıcısının qalıqları tapılıb.
525.az xəbər verir ki, rəsmilər "F-35"in qalıqlarının Çarlston Hərbi Hava Qüvvələri bazasının şimal-şərqindəki Uilyamsburq bölgəsində tapıldığını bildirib.
Adı açıqlanmayan pilot paraşütlə sağ-salamat tullandıqdan sonra Şimali Çarlston şəhərinə enib.
Qeyd edək ki, pilot paraşütlə tullanan zaman təyyarə avtomatik uçuşa buraxılıb, onun işlək transponderi və gizli texnologiyası radarların izlənməsinə mane olub.
Məhəmməd Tağıyev