|
|
|
|
Peruda mütəşəkkil cinayətkar qruplarla mübarizə çərçivəsində 3 bölgədə fövqəladə vəziyyət elan edilib.
525.az xəbər verir ki, Prezident Dina Boluarte Peru televiziyasına verdiyi açıqlamada ölkənin bəzi bölgələrində şiddət dalğasının artdığını vurğulayaraq, San Juan de Luriqanço, San Martin de Porres və Sullana bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Boluarte: "Bu gün səhər saatlarında cinayətkar təşkilatlara qarşı daha effektiv və aqressiv mübarizə aparmaq üçün 3 bölgədə fövqəladə vəziyyət elan etmək qərarına gəldik. Beləliklə, cinayətin qarşısını almaq üçün daha qətiyyətlə hərəkət edəcəyik. Xalq üçün polis orada olmalı, ordu polisə dəstək olmalıdır", - deyib.
Fövqəladə vəziyyət çərçivəsində Milli Polis (PNP) və Silahlı Qüvvələrə (FF.AA) geniş səlahiyyətlər verildiyi və cinayət təşkilatlarına qarşı əməliyyatlarda vaxt qazanılacağı paylaşılıb.
Məhəmməd Tağıyev