|
|
|
|
Perunun cənubunda sərnişin avtobusunun uçuruma aşması nəticəsində 24 nəfər ölüb, 21 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin rəsmi agentliyi Andinadan verilən xəbərə görə, Huancayo və Huanta şəhərləri arasında hərəkət edən avtobus Ayacucho şossesində 200 metrlik uçuruma düşüb.
Qəzada 24 nəfər hadisə yerində ölüb, 21 nəfər yaralanıb.
Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib, yaralılar xəstəxanalara aparılıb.
Anco Bələdiyyə Başçısı Manuel Zevallos RPP Radiosuna verdiyi açıqlamada qəzanın baş verdiyi yolda daha əvvəl sürüşmə olduğunu və yolun baxım işlərinin aparılmadığını müəyyən etdiklərini bildirib.
Qeyd edək ki, Milli Yol Təhlükəsizliyi Şurasının rəqəmlərinə görə, Peruda hər il təxminən 3 min insan yol qəzalarında ölür və 55 min adam yaralanır.
Malik Atilay