|
|
|
|
İran Prezidenti İbrahim Rəisi Ukraynadakı münaqişəyə qarşı çıxış edib və Moskva ilə Kiyev arasında danışıqlarda Tehrana vasitəçi olmağı təklif edib.
525.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
“Biz dəfələrlə bəyan etmişik ki, Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün vasitəçi kimi çıxış etməyə hazırıq”, - deyə siyasətçi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının həftəsi çərçivəsində keçirilən iclasda bildirib.
İran lideri qeyd edib ki, ABŞ Kiyevə böyük həcmdə hərbi yardım göstərməklə sabitliyi pozur.
Xatırladaq ki, avqust ayında İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi bəyan edib ki, Qərb ölkələri Ukraynadakı vəziyyətdən silahlarını sınaqdan keçirmək üçün istifadə edir. Diplomat bildirib ki, İran Ukrayna münaqişəsinə son qoymaq üçün çox səy göstərib.
Havar Şəfiyeva