|
|
|
|
Tapdıq Nəcəfəliyev
Politoloq
Bu gün Azərbaycan Respublikası tərəfindən Xankəndi və ətraf ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması və Qarabağda tam suverenliyimizi təmin etmək üçün antiterror əməliyyatı aparırılır. Fransa və Almaniya kimi qərb ölkələri yenə ikili siyasət apararaq antiterror əməliyyatın dayandırılmasını istəyirlər, halbuki Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə əsaslansaq bu əməliyyat qanuni şəkildə həyata keçirilir.
Belə ki, BMT-nin Nizamnaməsinin 2.1 maddəsində qeyd olunur ki, təşkilat onun bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır.
Bu maddə daxilində BMT 86,6 min km² ərazidə Azərbaycan Respublikasının süverenliyini tanıyır.
Nizamnamənin 2.4 maddədə qeyd olunur ki, bütün üzvlər hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən çəkinməlidir. Ancaq Qarabağın bir hissəsindən hələ də erməni silahlı qüvvələrinin çıxarılmaması BMT nizamnaməsinin Ermənistan tərəfindən pozulduğunun göstəricisidir.
Maddə 25-də isə qeyd olunur ki, BMT-nin üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq, Təhlükəsizlik Şurasıın qərarlarına tabe olsunlar.
Ancaq Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir.
Ermənistan tərəfindən üzvü olduğu və tez-tez müraciət etdiyi BMT-nin Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməməsi Azərbaycan Respublikası tərəfindən antiterror əmaliyatının başladılmasına səbəb oldu.
BMT-nin Nizamnaməsinin 51-ci maddəsi bizim apardığımız antiterror əməliyyatını qanuniləşdirir.
BMT-nin Təhlükəsizlik Şurasının daimi üzv olan Fransanın və Almaniyanın apardığımız qanuni antiterror əmaliyatını pisləməsi beynəlxalq hüququn və BMT qərarlarının gözardı edilməsi deməkdir.