525.Az

İlham Əliyev Oğuz rayonuna 5,4 milyon manat ayırıb


 

İlham Əliyev Oğuz rayonuna 5,4 milyon manat ayırıb<b style="color:red"></b> Prezident İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 





15.08.2014    çap et  çap et