525.Az

"Ukrayna ordusu sərhədi keçən Rusiyanın hərbi texnikasını məhv edib"


 

"Ukrayna ordusu sərhədi keçən Rusiyanın hərbi texnikasını məhv edib"<b style="color:red"></b>

Rusiyadan Ukrayna ərazisinə keçən hərbi texnikanın böyük hissəsi məhv edilib.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə danışığı zamanı bildirib.  “Prezident Rusiya hərbi texnikasının Ukraynaya keçməsi barədə beynəlxalq jurnalistlərin yaydığı məlumatın doğru olduğunu və təsdiqləndiyini bildirib, çünki bu texnikanın böyük hissəsi gecə saatlarında Ukrayna artilleriyası tərəfindən məhv edilib”, deyə prezidentin mətbuat xidmətinin açıqlamasında bildirilir. 
 
Məlumatda həmçinin qeyd olunub ki, prezident sərhəddə yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, belə ki, sərhədin nəzarətsiz olan hissəsindən Rusiyadan Ukraynaya ağır hərbi texnika və silah-sursat hələ də daxil olmaqdadır. 

 





15.08.2014    çap et  çap et