525.Az

Sentyabrda smartfon bazarında “bum” yaşanacaq


 

Sentyabrda smartfon bazarında “bum” yaşanacaq<b style="color:red"></b> 5-10 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2014” istehlak elektronikası sərgisində bir çox yeniliklər nümayiş etdiriləcək.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Samsung Electronics” Almaniyaya “Galaxy Note 4” qabaqcıl fabletini, “Sony Mobile Communications” şirkəti 5.2 düymlük “Xperia Z3” smartfonunu nümayiş etdirəcək, “Huawei Device” “Ascend Mate 7” və ya “Ascend D7” modellərini təqdim edəcək.
 
Bu yaxınlarda “Nokia”nın telefon biznesini satın almış “Microsoft” korporasiyası, həmçinin “IFA 2014”ü diqqətdən kənarda saxlamayacaq və sərgidə “Lumia 730” və ya “Lumia 830” smartfonlarından birini təqdim edəcək.

Alman sərgisində “Intel” korporasiyası da yeni məhsullarını nümayiş etdirəcək. “Intel”in vitse-prezidenti Kirk Skauqen keçirəcəyi konfransda kompüter innovasiyaları və gələcək trendlərdən söhbət açacaq, “Dailycomm.ru” yazır.
 





16.08.2014    çap et  çap et