|
|
|
|
«Bu gün Qarabağ üçün tarixi günlərdən biri idi. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Bu re-inteqrasiyanın başlanğıcıdır. Açılan yeni səhifə yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə bilər».
Bunu millət vəkili Vüqar Bayramov 525.az-a açıqlamasında deyib. O qeyd edib ki, 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 24 saatlıq anti-terror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır:
“Bu artıq yeni mərhələ, yeni çağrışlardır. Regiondakı yeni düzən Azərbaycanın geo-siyasi mövqeyini daha gücləndirməkdədir”.
Sevinc Qarayeva