525.Az

"Barselona"da ciddi itki


 

"Barselona"da ciddi itki<b style="color:red"></b>

"Barselona"nın yeni transferi Andre ter Stegen mövsümün əvvəlini buraxmalı olacaq.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşq zamanı zədələnən almaniyalı qolkiper tibbi müayinədən keçib. Zədəsi ciddi olan oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaqda qalacağı açıqlanıb.

İspaniya La Liqasının ilk turunda avqustun 17-i keçiriləcək "Elçe" ilə matçda "Barsa"nın qapısını Klaudio Bravonun qoruyacağı gözlənilir.

Qeyd edək ki, ter Stegen bu ilin mayında "Barselona"ya transfer olunub.

 





16.08.2014    çap et  çap et