Goranboy rayonunun Əlirzalı kəndində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət obyektin (çayxana kimi fəaliyyət göstərir) taxta atmaları və içərisinə yığılan əşyalar yanıb.
525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.