525.Az

Gəncənin mərkəzi univermağında müşahidə olunan çökmə haqda rəsmi məlumat verilib


 

Gəncənin mərkəzi univermağında müşahidə olunan çökmə haqda rəsmi məlumat verilib<b style="color:red"></b>

1971-ci ildə Gəncə şəhərinin ən böyük ticarət obyekti kimi inşa olunmuş və əsasən 1990-cı illərin sonu, 2000-ci illərinn əvvəllərindən başlayaraq, konstruksiyasına və ətrafına əlavə tikililər quraşdırılmış mərkəzi univermağında çökmə hadisəsi haqda rəsmi açıqlama verilib.

525.az xəbər verir ki, Gəncə şəhəri İcra hakimiyyətinin rəsmi saytındakı məlumatda deyilir:

“21 Sentyabr 2023-cü il tarixində saat 10:30 radələrində Nizami küçəsi 50 ünvanında yerləşən “Gəncə Mərkəzi Univermağı” ASC-yə bitişik müvafiq icazə sənədi olmadan inşa edilən tikilinin tavan hissəsi çöküb. Sözügedən tikili təxminən 100 kv.metrlik ərazini əhatə edir. İlkin məlumata əsasən xəsarət alan yoxdur. Ərazi müvafiq dövlət qurumları tərəfindən tam təhlükəsizlik və mühafizə xidməti ilə təmin olunub”.

Qeyd edək ki, sözügedən ticarət mərkəzi və onun ətrafındakı kiçik alış-veriş məntəqələrindən mallar çıxarılıb və  obyektlərin işçiləri təxliyə təxliyə olunub.

Z.Muradov, Gəncə

 





22.09.2023    çap et  çap et