525.Az

“Şahdəniz” yatağından indiyədək 202 mlrd. kubmetr qaz hasil edilib


 

“Şahdəniz” yatağından indiyədək 202 mlrd. kubmetr qaz hasil edilib<b style="color:red"></b>

"Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından indiyədək 202 mlrd. kubmetr qaz hasil edilib".

525.az xəbər verir ki, bunu “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, yataqda hasil edilən qazın 143 mlrd. kubmetri xarici bazarlara nəql edilib.

Energetika naziri gözlənilən tələbat, etibarlı və təhlükəsiz təchizat marşrutlarına üstünlük verilməsi səbəbindən Azərbaycanın neft-qaz resurlarının uzun müddət bir çox ölkələr üçün prioritet olacağını qeyd edib.

 





22.09.2023    çap et  çap et